Ermənistan–Azərbaycan arasında ticarətə yol açılır
Azərbaycanlı iqtisadçı erməni arağını təriflədi!
Azərbaycanlı iqtisadçı Ermənistandan spirtli içkilərin idxalını məqsədəuyğun hesab edib.
Xalid Kərimli haqqin.az saytına verdiyi müsahibədə Nikol Paşinyanın Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin yaxın gələcəkdə başlaya biləcəyi ilə bağlı açıqlamasını şərh edərkən bildirib: “Tütün məhsulları, spirtli içkilər və kənd təsərrüfatı məhsulları ehtiyaclarımızı ödəyə bilər. Onların geniş çeşiddə spirtli içkiləri var. Məsələn, onların brendi dünyaca məşhurdur!”.
Qeyd edək ki, Ermənistanın baş naziri Azərbaycanla münasibətlərdə yeni iqtisadi mərhələnin başlandığını vurğulayıb.
Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib ki, son dövrlər bir sıra mühüm dəyişikliklər baş verib: buğda idxalına qoyulan qadağalar aradan qaldırılıb, dəmir yolu daşımalarında məhdudiyyətlər yoxdur və Azərbaycan erməni iş adamlarına neft məhsulları satmağa başlayıb. Paşinyanın dediyinə görə, hazırda Azərbaycandan Ermənistana idxal mövcuddur və yaxın gələcəkdə Ermənistandan Azərbaycana da ixracın başlaması mümkündür. Onun sözlərinə görə, bu, yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində mühüm hadisədir.