Mirzoyandan Rusiya ilə bağlı diqqətçəkən açıqlama
Ermənistan Kremlin orbitində qalırmı?
Dek 29, 2025 14:04 Asia/Baku
Ermənistanın XİN rəhbəri bəyan edib ki, rəsmi İrəvanın məqsədi Rusiyanı Ermənistandan çıxarmaq, Rusiya ilə siyasi, iqtisadi və digər əlaqələri kəsmək deyil, belə bir siyasət aparılmır.
Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsində deyib: “Nə vaxtsa Avropa İttifaqına (Aİ) daxil olmaq məsələsi ortaya çıxsa, Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsi qaçılmaz olaraq ortaya çıxacaq. O məqam gələndə biz oturub qərar qəbul edəcəyik”.
O, həmçinin əmin edib ki, Şirak vilayətində yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması məsələsi Ermənistan hakimiyyətinin gündəmində deyil.