Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılmasına təkid edildi
https://azeri.sahartv.ir/news/qafqaz-i423244-türkiyə_və_ermənistan_münasibətlərinin_normallaşdırılmasına_təkid_edildi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
(last modified 2026-09-25T13:06:18+00:00 )
Sen 25, 2026 17:03 Asia/Baku
  •  Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılmasına təkid edildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, görüşdə Türkiyə-Ermənistan münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.Rəcəb Tayyib Ərdoğan ikitərəfli ticarət və nəqliyyat sahəsində Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini dəstəklədiyini bildirib və münasibətlərdə əldə olunan müsbət dinamikanın qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Türkiyə Prezidenti Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində atılan qarşılıqlı addımlardan məmnunluğunu ifadə edib. O, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanla artan əməkdaşlığın münasibətlərin normallaşmasına töhfə verdiyini qeyd edib. Ərdoğan həmçinin Paşinyanı Türkiyədə keçiriləcək COP-31 Liderlər Sammitinə dəvət edib.Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.