İrəvan və Moskva arasında KTMT gərginliyi pik həddə çatıb;
Rusiya senatoru Ermənistanı “odla oynamaqda” günahlandırdı
Noy 13, 2026 12:59 Asia/Baku
Ermənistanın KTMT-dən narazılığı Moskva ilə İrəvan arasında yeni siyasi mübahisəyə səbəb olub.
Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov Ermənistan hakimiyyətinin təşkilatdan uzaqlaşmaq siyasətini tənqid edərək bildirib ki, İrəvan Rusiya və digər KTMT üzvü ölkələrlə münasibətlərini zəiflətməklə etibarlı müttəfiqlərini itirmək riski yaradır.