İraq parlamentinin sədri: Xarici qüvvələrin İraqa daxil olmasını araşdırırıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194144-İraq_parlamentinin_sədri_xarici_qüvvələrin_İraqa_daxil_olmasını_araşdırırıq
İraq parlamentinin sədri İŞİD-in formalaşmasının pərdə arxasında beynəlxalq iradənin olduğunu bildirərək ifşa edib ki, bu ölkə hökuməti İŞİD-lə mübarizə üçün xarici qüvvələrin ezam olunması ilə razılaşmasını araşdırmaqdadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2015 15:36 Asia/Baku
  • xarici qüvvələrin İraqa daxil olması
    xarici qüvvələrin İraqa daxil olması

İraq parlamentinin sədri İŞİD-in formalaşmasının pərdə arxasında beynəlxalq iradənin olduğunu bildirərək ifşa edib ki, bu ölkə hökuməti İŞİD-lə mübarizə üçün xarici qüvvələrin ezam olunması ilə razılaşmasını araşdırmaqdadır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Səlim əl-Cəburi əl-Həds televiziyası ilə müsahibədə deyib: Əl-Anbarın süqut etməsi və İraqın digər şəhərlərinin süqutunun davam etməsi Bağdadın, hətta digər ölkələrin hədələnməsi mənasındadır. Buna görə İraqın İŞİD terror qruplaşmasının şərrindən xilas etmək yolunda ciddi addım atılmalıdır. Mənim məqsədim bütün ərəb ölkəlkəridir. Açıq şəkildə deyirəm ki, ərəb ölkələrinin İraqa dəstəyi münasib səviyyədən aşağıdır.
Səlim əl-Cəburi əlavə edib: Əl-Anbarda təhlükəsizlik məğlubiyyətinin bir hissəsi beynəlxalq koalisiyanın üzərinə düşür. Lakin əl-Anbarın süqutundan bir neçə gün öncə beynəlxalq koalisiyanın heç bir hava hücumu olmayıb! O davamında bildirib: İŞİD-lə döyüşmək üçün lazımi insan qüvvəsinə malikik və silah və təlim yardımına ehtiyaclıyıq. Bu təklif son vaxtlar İraq baş nazirinə təqdim olundu. Beynəlxalq koalisiyadan qüvvələrin ezam olunması isə araşdırılmağa ehtiyaclıdır.