Ərəbistanda şiələrin məscidinin partladılmasından İŞİD 2 milyon dollarlıq gəlir əldə edib
May 25, 2015 09:23 Asia/Baku
-
İŞİD Ərəbistanda İmam Əli(ə) məscidinin partladılmasından 2 milyon dollar gəlir əldə edib
Media mənbələri ifşa ediblər ki, terrorçu İŞİD qrupu Ərəbistanın Qətif şəhərindəki İmam Əli(ə) məscidinin partladılması planının icrası üçün bir xarici kəşfiyyat orqanından 2 milyon dollar pul alıb.
IRNA-nın məlumatına görə, Küveytdə çıxan Əlrəy qəzeti bu xəbəri verərək, bildirib ki, bir əcnəbi kəşfiyyat orqanının məsul şəxslərindən üç zabit ötən həftə İŞİD başçılarından beş nəfərin iştirakı ilə İraqın şimal şəhərlərindən birində keçirilən iclasda qərara alındı ki, bu terror qrupunun muzdurları Ərəbistandakı şiə məscidlərindən birinin partladılması qarşılığında iki milyon dollar alsınlar.Bu məlumata əsasən, həmin kəşfiyyat orqanının nümayəndələri bu iki milyon dolları ödəməkdən əlavə, öhdəlik götürüblər ki, İŞİD-i modern silahlarla təchiz etsinlər.
Hərçənd məlumatlarda bu orqanın adı ifşa olunmayıb, lakin İsrailin MOSSAD casusluq təşkilatının rolu və onun müsəlmanlar arasında təfriqə salmaq məqsədilə İŞİD ilə sıx həmkarlığı günbəgün daha aşkar vəziyyət alır.
Ərəbistanın Qətif şəhərində şiələrin bir məscidindəki terror partlayışında bir uşaq daxil olmaqla 20 namazqılan şəhid olub.