Suriya ordusunun Rəqqədə İŞİD-çilərə qarşı hava əməliyyatı
May 27, 2015 13:05 Asia/Baku
Suriya ordusunun hava qüvvələri Rəqqə vilayətindəki Əltəbəqə hava limanında İŞİD-in mövqelərini bombalayaraq, 140 İŞİD-çini öldürüb, onlarla İŞİD-çini də yaralayıblar.
Səhər kanalının məlumatına görə, Suriyanın rəsmi informasiya agentliyi Suriya ordusu mənbələrinə istinadla bu xəbəri verərək, vurğulayıb ki, bu ordu həmçinin Dəra Əlbələddə keçirdiyi bir əməliyyatda Cibhətunnusrə-nin mövqelərini, həmçinin onun bir minaatanı və bir avtomobilini məhv edib; nəticədə 5 terrorçu ölüb, bir qrup terrorçu da yaralanıbdır. Cibhətunnusrə terrorçularından bir qrupu da bu məntəqədə didərginlərin düşərgəsinə hücumda ölüb və ya yaralanıb.Həmçinin ordunun Dəra-nın şimal-qərb məntəqələrinə olan hücumu bir qrup terrorçunun ölməsi və yaralanması, eləcə də onların ağır texnikasını daşıyan avtomobilin məhv olması ilə nəticələnib.
Dəranın şimal ətrafı da ordunun əməliyyatının şahidi olub və bir qrup terrorçunun ölməsi və yaralanması, həmçinin Cibhətunnusrə terrorçularının raketatanlarının məhv edilməsi ilə nəticələnib.
Suriya qırıcıları Ədləb ətrafındakı Əbu Əlzəhur hava limanının ətrafını da bomblayıblar.