Suriya parlamentinin sədri: Terrorizmlə mübarizə üçün həqiqi iradə yoxdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194436-suriya_parlamentinin_sədri_terrorizmlə_mübarizə_üçün_həqiqi_iradə_yoxdur
Suriya parlamentinin sədri deyib: Regional və beynəlxalq səviyyədə terrorizmlə mübarizə üçün iradə yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2015 13:59 Asia/Baku
  • İran və Suriya parlamentlərinin sədrləri
    İran və Suriya parlamentlərinin sədrləri

Suriya parlamentinin sədri deyib: Regional və beynəlxalq səviyyədə terrorizmlə mübarizə üçün iradə yoxdur.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Suriya parlamentinin sədri Məhəmməd Cihad əl-Liham bazar günü İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada deyib: BMT-nin terrorçularla mübarizə üzrə qətnamələr təsdiqləməsinə baxmayaraq, terror qruplaşmalarına maliyyə təmini və dəstəkləri hələ də davam edir və bu nəhs fenomen bölgədə genişlənməkdədir.
Cihad əl-Liham bildirib: Suriya və İraq müstəmləkəçi ölkələr və regionun bəzi ərəb ölkələri tərəfindən dəstəklənən təkfirçi terrorçularla mübarizədədirlər.
Suriya parlamentinin sədri deyib: Bəzi tanınmış ərəb ölkələri və qərb ölkələri tərəfindən Suriyaya qarşı tətbiq olunan utandırıcı iqtisadi sanksiyalara baxmayaraq, İranın Suriya xalqının dəstəkləməsi bu ölkə xalqının müqavimətinə köməkdə yaxşı təsirə malik olmuşdur.