Samirra yaxınlığında terror aktında 38 İraq polisi həlak olub
İyun 02, 2015 14:24 Asia/Baku
İŞİD kamikadzesinin İraqın Səlahəddin vilayətinin Samirra şəhərindəki terror aktında 38 İraq polisi həlak olub.
Səhər Beynəlxalq Televiziyasının Fransa 24 telekanalına istinadla verdiyi məlumata görə, İraqda terrorçuların zəncirvari terror əməliyyatlarının ardınca, çərşənbə axşamı İŞİD terror qruplaşmasının Səlahəddin vilayətində Samirranın cənubuna hücumunda 38 pollis həlak olub.Ötən gün də bir terrorçu bomba quraşdırılmış tankla Samirranın qərbində əl-Sərsar səddi məntəqəsində İraq polisinin 5-ci diviziyasına hücum edib. Bu əməliyyatda 80-dən çox iraqlı hərbçi həlak olub və yaralanıb.
Müqtəda Sədr qrupuna bağlı Səraya əl-İslam mühəndis qüvvələri Samirranın cənub-qərbində əl-Mursəlat və əl-Cəsr əl-Xizr yollarında 125 bombanı zərərsizləşdiriblər.
İŞİD öz qüvvələrinin ruhiyyəsini yüksəltmək və xalq qüvvələrinin əl-Anbarda irəliləməsini zəiflətmək üçün kamikadze aktlarına əl atır.