Şeyx Nimrin edam qərarına qarşı 100 min imza
İyun 02, 2015 14:26 Asia/Baku
İnsan haqları fəalları Ali-xəlifə rejiminin həbsxanasında olan etirazçı şiə ruhaninin edam qərarına qarşı imzatoplama kampaniyası başladıblar.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, insan haqları fəalları 100 min imza toplamaqla onu BMT İnsan Haqları Ali komissarı Zeyd Bin Rəd əl-Hüseyn, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogeriniyə göndərmək niyyətindədirlər. Belə ki, ərəbistanlı etirazçı şiə ruhani Şeyx Nimrin edam qərarının icra olunmasının qarşısı alınsın və onun azadlığına zəmin yaransın.İnsan haqları fəalları bu çağırışda Şeyx Nimrə qarşı edam qərarın zalımcasına olduğunu bildirərək qeyd ediblər ki, bütün hüquq qurumları və azadlıq sevər insanlar bu ədalətsiz qərarın qarşısında dayanmalıdırlar.
Ərəbistan təhlükəsizlik qüvvələri 2012-ci ilin iyul ayında Şeyx Nimri Qətif şəhərində həbs etdilər.
Ali-Səudun məhkəmə qurumu Şeyx Nimri Ərəbistanın təhlükəsizliyində iğtişaş yaratmaq, hökumətə qarşı çıxışlar etmək və siyasi məhbusları müdafiə etməkdə ittiham edib.
Bu qərarın verilməsi dünya səviyyəsində şəxsiyyətlər, rəsmiləri və ictimai qurumların kəskin etirazına səbəb olub.