Ərəbistanın şərqində terror hücumu qurbanlarının əzəmətli dəfn mərasimi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194518-Ərəbistanın_şərqində_terror_hücumu_qurbanlarının_əzəmətli_dəfn_mərasimi
Ərəbistanın şərqində terror hücumu qurbanlarının dəfn mərasimi bu ölkə şiələrinin geniş iştirakı ilə keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2015 08:38 Asia/Baku
  • Ərəbistanın şərqində terror hücumu qurbanlarının əzəmətli dəfn mərasimi
    Ərəbistanın şərqində terror hücumu qurbanlarının əzəmətli dəfn mərasimi

Ərəbistanın şərqində terror hücumu qurbanlarının dəfn mərasimi bu ölkə şiələrinin geniş iştirakı ilə keçirilib.

Livanın Əlməyadin telekanalının məlumatına görə, Ərəbistan xalqından minlərlə nəfər dünən Dəmamda son terror hücumu qurbanlarının dəfn mərasimində iştirak edib, şüarlar verərək, Ərəbistan başçılarından istəyib ki, bu ölkənin şiə məntəqələrində oxşar hadisələrin baş verməsinə mane olsunlar. Mərasim iştirakçıları həmçinin Ali-Səud rejiminin təbliğat siyasətlərini şiələrə qarşı firqəvi və terror hücumlarının şiddətlənməsində mühüm amil adlandırıb və ayrı-seçkiliyin aradan götürülməsini istəyiblər.
Cümə günü Ərəbistanın Dəmam şəhərində şiələrin məscidi ətrafında bomba partlaması nəticəsində dörd nəfər ölüb, on nəfər də yaralanıbdır.
Ərəbistan Daxili İşlər Nazirliyi sözçüsü bildirib ki, bu terror əməliyyatının icraçısı Xalid Əlşimri adlı bir Ərəbistan vətəndaşı olub.