İyun 06, 2015 11:19 Asia/Baku
  • Bəhreyn xalqı inqilab mübarizələrini davam etdirəcəyini bildirib
    Bəhreyn xalqı inqilab mübarizələrini davam etdirəcəyini bildirib

Bəhreynin 14 Fevral Gənclər Koalisiyasının İnqilab Hərəkatının üzvü bu ölkə xalqının azadlığı və qanuni hüququ reallaşana qədər inqilab mübarizələrinin davam edəcəyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Bəhreyn 14 Fevral Gənclər Koalisiyasının İnqilab Hərəkatının üzvü Əbdüləmir əl-Vəcihi cümə günü Fars Xəbər Agentliyi ilə müsahibədə əlavə edib: Bəhreyn vətəndaşlarının Ali-Xəlifə rejiminin repressiv və vəhşicəsinə hərəkətlərindən qorxusu yoxdur və öz inqilablarını mübarizə nə qədər ağır olsa da, davam etdirəcəklər.
Əbdüləmir əl-Vəcihi deyib: Ali-Xəlifə rejimi Bəhreyn xalqının inqilabını onun haqlı tələblərindən yayındıra və Bəhreyn xalqını öz məqsədlərinə çatmaqdan çəkindirə bilməz.
Bu bəhreynli fəal bildirib: Bəhreyn rejiminin başçıları törətdikləri cinayətlərə görə ədalətli məhkəməyə çıxarılmalı və mühakimə olunmalıdırlar. Bəhreyn xalqı nə onları bağışlayacaq və nə də onlarla danışıqlar aparacaq.

Teqlər