Bici azad olundu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194604-bici_azad_olundu
İraq xalq qüvvələri və hərbçiləri bu gün Səlahəddin vilayətinin şimalında yerləşən Bici şəhərini İŞİD terrorçularından tam şəkildə azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2015 13:28 Asia/Baku
  • Bici azad olundu
    Bici azad olundu

İraq xalq qüvvələri və hərbçiləri bu gün Səlahəddin vilayətinin şimalında yerləşən Bici şəhərini İŞİD terrorçularından tam şəkildə azad ediblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əsaib Əhli Həqq xalq qrupunun komandanı bildirib: "Ləbbeyk Ya İraq" əməliyyatının davamında İraq hərbçiləri və xalq qüvvələri bu gün Səlahəddin vilayətinin şimalında yerləşən Bici şəhirini İŞİD terror qruplaşmasından tam şəkildə azad edib və İraqın bayrağını dövlət binaları, o cümlədən bu şəhərin icra hakimiyyətinin binasının üzərinə sancıblar.
Şeyx Qeys Xəzəli deyib: Bir neçə həftə döyüşdən sonra bu strateji bölgə İŞİD-çilərdən təmizləndi və hazırda Bici neftayırma zavodunun azadlığı üçün səylər davam edir.
Bici şəhəri Bağdadın 210 km şimalında yerləşir və Mosul, Ərbil, Kərküklə həmsərhəddir. Bu şəhərin azadlığı Mosul şəhərinin fəthinə böyük kömək hesab olunur.