Türkiyə parlament seçkiləri sona çatıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194607-türkiyə_parlament_seçkiləri_sona_çatıb
Türkiyə parlament seçkiləri sona çatıb və səslərin sayılması davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2015 16:10 Asia/Baku
  • Türkiyə parlament seçkiləri
    Türkiyə parlament seçkiləri

Türkiyə parlament seçkiləri sona çatıb və səslərin sayılması davam edir.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, səsvermə məntəqələri yerli vaxtla saat 17:00-da bağlanıb.
Seçicilər Türkiyə parlamentində 550 deputatı seçmək üçün səsvermədə iştirak ediblər.
Seçkilər tam təhlükəsizlik tədbirləri altında keçirilib. Türkiyənin cənub-şərqində kürdsakinli Şanlı Urfa şəhərində qarşıdurma baş verib. Nəticədə 15 nəfər yaralanıb. Qarşıdurmada tüfəng, bıçaq və daşdan istifadə olunub.
Cümə günü kürdləri dəstəkləyən HDP-nin Diyarbəkirdəki toplantısında baş verən partlayışda iki nəfər həlak olmuş, 1 nəfər də yaralanmışdı.