Xalqın istəyinə itaət
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194629-xalqın_istəyinə_itaət
Türkiyə prezidenti deyib ki, xalqın iradəsi və istəyi hər şeydən yuxarıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2015 15:10 Asia/Baku
  • Rəcəb Tayyıb Ərdoğan
    Rəcəb Tayyıb Ərdoğan

Türkiyə prezidenti deyib ki, xalqın iradəsi və istəyi hər şeydən yuxarıdır.

IRIB-nin məlumatına görə, Ədalət və İnkişaf Partiyasının səslərinin nəzərəçarpacaq dərəcədə azalması ilə yanaşı olan Türkiyə parlament seçkilərinin ilkin nəticələrinin elan olunmasından sonra bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğan bir bəyanatda bildirib: Əldə olunmuş nəticələr ondan xəbər verir ki, Türkiyə xalqı bir partiyaya mütləq hakimiyyət imkanı verməyib və bu məsələ seçkilərdə iştirak edən partiyalar tərəfindən diqqətlə araşdırılmalıdır.
Ərdoğan sonra "Seçki nəticələrinin elan olunması ilə Türkiyədə yeni proses başlanıb və bu, demokratik nailiyyətlər və sabitliyin qorunması üçün çox önəmlidir" deyərək, bütün tərəflərdən istəyibdir ki, mövcud nəticələrə məsuliyyətlə yanaşsınlar.
Dünən keçirilmiş parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının onüçillik hakimiyyətinə son qoyuldu.