İyun 09, 2015 10:21 Asia/Baku
  • Suriya və Livanın sərhəd ərazilərinin üçdə ikisi azad olunub
    Suriya və Livanın sərhəd ərazilərinin üçdə ikisi azad olunub

Livan müqavimətinin döyüşçüləri Suriya ordusunun əməkdaşlığı ilə Suriyanın işğal olunmuş Qələmun əraziləri, eləcə də Livanın şərqində Ərsal sərhəd yüksəkliklərində yüzlərlə kvadrat kilometr ərazini terrorçulardan azad ediblər.

Səhər Beynəlxalq Televiziyasının əl-Minar xəbər telekanalına istinadla verdiyi məlumata görə, Livanın İslam Müqaviməti döyüşçüləri ötən iki həftədə Livan və Suriyanın şərqi yüksəkliklərində döyüşlər başlandıqdan bu bölgələrin təxminən üçdə ikisini azad ediblər.
Bu məlumata görə, müqavimət döyüşçülərinin apardıqları döyüşlər Suriyanın qərbində Qələmun yüksəklikləri ilə Livanın şərqində Ərsal arasında 800 kvadrat kilometrlik ərazidədir.
Livan Hizbullahına bağlı əl-Minar telekanalı bildirib: Müqavimət döyüşçüləri indiyə qədər 512 kvadrat kilometr, yəni bu ərazilərin 64%-ni terrorçulardan azad ediblər.
Məlumata görə, Livanın müqavimət qüvvələri həmçinin ötən 24 saat ərzində Livan ordusunun əməkdaşlığı ilə bu ölkənin şimal-şərqində Ərsal sərhəd yüksəkliklərinin ətrafında bir neçə strateji bölgəni terrorçu qruplaşmalardan təmizləyiblər.
Hizbullah mübarizlərinin Ərsal və Qələmun yüksəkliklərindəki qələbələri, eləcə də Suriyanın qərb bölgələrinin təmizlənməsi terrorçular qarşısında müdafiə səddinin təkmilləşməsinə səbəb olub.

Teqlər