Kılıçdaroğlu vaxtından qabaq seçkilər ilə müxalifət edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194717-kılıçdaroğlu_vaxtından_qabaq_seçkilər_ilə_müxalifət_edib
Türkiyə Cümhuriyyət Xalq Partiyasının rəhbəri deyib ki, seçkilərin vaxtından qabaq keçirilməsi vaxtın itirilməsi olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2015 17:23 Asia/Baku
  • Kılıçdaroğlu
    Kılıçdaroğlu

Türkiyə Cümhuriyyət Xalq Partiyasının rəhbəri deyib ki, seçkilərin vaxtından qabaq keçirilməsi vaxtın itirilməsi olacaq.

Türkiyədə çıxan Cümhuriyyət qəzetinin internet portalının məlumatına görə, Kamal Kılıçdaroğlu deyib ki, seçkilərin vaxtından qabaq keçirilməsinin vaxtın itirilməsi və bizə ümid bəsləyən xalqın nəzərinə hörmətsizlikdən başqa bir nəticəsi olmayacaq.
Türkiyə Cümhuriyyət Xalq Partiyası son parlament seçkilərində səslərin 25 faizini yığaraq, 132 parlament yeri əldə edib.
Bu məlumata görə, Türkiyənin baş naziri Əhməd Davudoğlunun rəhbərlik etdiyi hakim AK Partiyası isə səslərin qırx tam onda doqquz faizini əldə edib və bu partiyadan məclisə 259 nümayəndə daxil olacaq. Bu miqdarda nümayəndə təklikdə dövlət təşkil etmək üçün yetərli deyil və AKP koalisiya dövləti yaratmağa boyun əyməlidir.