Türkiyə kürdlərinin tabeliyində olan partiya rəhbərinin Diyarbəkr kobudluqları barədəki iddiası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194788-türkiyə_kürdlərinin_tabeliyində_olan_partiya_rəhbərinin_diyarbəkr_kobudluqları_barədəki_iddiası
Türkiyə kürdlərinin tabeliyində olan partiyanın rəhbəri dövlət daxilindəki ünsürləri kürd sakinli əksəriyyətə malik olan Diyarbəkir vilayətindəki son kobudluqlarla bağlı olmaqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2015 08:13 Asia/Baku
  • Səlahəddin Demirtaş
    Səlahəddin Demirtaş

Türkiyə kürdlərinin tabeliyində olan partiyanın rəhbəri dövlət daxilindəki ünsürləri kürd sakinli əksəriyyətə malik olan Diyarbəkir vilayətindəki son kobudluqlarla bağlı olmaqda ittiham edib.

Zaman qəzeti saytının məlumatına görə, Səlahəddin Demirtaş dünən Diyarbəkirdə müxbirlər qarşısında onun təbirincə desək, "bu məntəqədəki son kobudluqlarla bağlı olan" ünsürlərin aşkarlanmasını istəyib.
Xalqların Demokratik Partiyasının lideri habelə Diyarbəkirdə zorakılıqların davam etməsi üçün fitnə ehtimalı haqda xəbərdarlıq edib.
"Hedi Par" partiyasının tabeliyində olan İhya cəmiyyətinin sədri Aytac Baran çərşənbə axşamı günü silahlı şəxslərin hücumu nəticəsində öldürüldü. Bu hücumda daha üç nəfər ölüb, bir neçə nəfər də yaralanıbdır.
Bu hücum AKP-nin son parlament seçkilərində Türkiyə parlamentində əksəriyyəti itirməsindən iki gün sonra baş verib.
Türkiyə parlament seçkilərinin nəticəsi AKP dövlətinin rəhbərliyi altında keçirilən bu ölkə kürdlərinin məsələsinin həlli üzrə sülh müzakirələrinə kölgə salıbdır.