Bağdadda terraktın qarşısı alındı; onlarla terrorçu öldürüldü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i194916-bağdadda_terraktın_qarşısı_alındı_onlarla_terrorçu_öldürüldü
İraq Daxili İşlər Nazirliyinin sözçüsü Bağdadda partlayış aktının zərərsizləşdirildiyini və 30 terrorçunun öldürüldüyünü bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2015 07:02 Asia/Baku
  • Bağdadda terraktın qarşısı alındı; onlarla terrorçu öldürüldü
    Bağdadda terraktın qarşısı alındı; onlarla terrorçu öldürüldü

İraq Daxili İşlər Nazirliyinin sözçüsü Bağdadda partlayış aktının zərərsizləşdirildiyini və 30 terrorçunun öldürüldüyünü bildirib.

Səhər Beynəlxalq Televiziyasının əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, İraq Daxili İşlər Nazirliyinin sözçüsü Səəd Məən deyib: İraq ordusu Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Fəllucədən Bağdad istiqamətində doğru hərəkət edən 30 kamikadzeni Bağdada çatmazdan öncə məhv ediblər.
Məən əlavə edib: İraq ordusu həmçinin Kərkükün qərbində əl-Həvicə şəhərində İŞİD terror qruplaşmasının bir neçə mövqeyini və bu mövqelərdəki terrorçunarı məhv edib.
Həmçinin İraq Müdafiə Nazirliyi bir bəyanatda ordunun Hərbi Hava Qüvvələrinin Mosulun şərqində terrorçuların mövqelərinə hava hücumunda 9 terrorçunun öldürüldüyünü bildirib. Bu hücumda onlarla terrorçu da yaralanıb.