İsrail rejimi cinayətlərinin ifşa olunmasından nigarandır -Təhlil
İyun 16, 2015 17:07 Asia/Baku
BMT-nin Faktaraşdırıcı komitəsinin İsrail rejiminin Qəzzəyə qarşı 50 günlük müharibəsi barəsində hesabatı yayımlanmazdan öncə bu rejimin dezinformasiyaları bu məsələnin İsrail rejiminin cinayətlərinin ifşa olunmasından dərin nigaranlıq keçirdiyini göstərir.
Sionist rejim Qəzzədəki cinaytlərinin ifşası, beynəlxalq səhnədə daha artıq təcrid olması və bu rejim başçılarının beynəlxalq məhkəmələrə cəlb olunmasından qorxaraq Qəzzədə törədilən cinayətlər barədə hesabat hazırlayan BMT-nin Faktaraşdırıcı komitəsinə qarşı mənfi atmosfer yaratmağı gücləndirib.Bu istiqamətdə sionist rejim başçıları Qəzzə müharibəsi barədə BMT İnsan Haqları Şurasının hesabatı yayımlanmazdan öncə onu tənqid etməyə başlayıblar.
Sionist rejim baş naziri Benyamin Netanyahu bazar ertəsi günü qabaqdan gəlmişlik edərək BMT İnsan Haqları Şurasının Qəzzə müharibəsi barədə hesabatı yayımlanmazdan öncə bu hesabatı təsir altında qoymaq məqsədilə iddia edib ki, BMT-nin araşdırmalarının insan haqları ilə heç bir əlaqəsi yoxdur. Əksinə onun yeganə məqsədi tənqid tənqid və bu təşkilatın qurumlarından istifadə etməklə İsrailin qanuniliyinə problem yaratmaqdır.
Sionist rejimin müharibə naziri Moşe Yaalon da bu rejimin 2014-cü ildə Qəzzə zolağına qarşı 50 günlük müharibəsi barəsində iddia edib ki, İsrail ordusu Fələstin vətəndaşların xəsarətin dəyməməsi üçün "ən yüksək diqqət və ehtiyat"la öz hərbi əməliyyatını həyata keçirib.
Bu iddia elə bir halda irəli sürülüb ki, sionist rejimin 2014-cü ilin yayında Qəzzə zolağına qarşı 50 günlük müharibəsində 2200-dən çox fələstinli şəhid oldu, 11 min nəfərdən çox insan yaralandı, minlərlə nəfər didərgin düşdü və 16 min fələstinlinin evi tamamilə dağıldı.
Qeyd edək ki, indiyə qədər BMT-nin müxtəlif qurumları tərəfindən Qəzzə barəsində çoxlu hesabatla verilmiş və bütün bu hesabatlarda vurğulanıb ki, sionist rejim bu müharibə zamanı fələstinlilərə qarşı müharibə cinayətləri törədib. Halbuki İsrail Qəzzədəki cinayətləri barəsində əlavə araşdırmaların qarşısında əngəllər yaradaraq BMT-nin xüsusi məruzəçisi Makarim Vibisononun Fələstin ərazisinə daxil olmasına qarşı çıxıb.
İsrail rejimi bundan öncə də 2014-cü ildə Vibisononun işğal olunmuş Fələstin ərazilərinə daxil olmasına mane olmuşdu.
Sionist rejimin cinayətləri o qədər aşkardır ki, bu sahədə araşdırma aparan hər bir şəxs, ya beynəlxalq qurum və komitə tez bir zamanda sionistlərin cinayətlərini dərk edir və hesabatları hazırlayan zamanda bu işğalçı rejimin cinayətkar rəftarlarına öz nifrətini tam şəkildə bəyan edir.
Belə bir şəraitdə sionist rejimin hərəkətləri bu rejimin cinayətlərinin araşdırılması barədə beynəlxalq faktaraşdırıcı komitələrin fəaliyyətlərinə maneə yaratmaq və yaxud bu komitələrin hesabatlarını BMT-nin arxivinə göndərilməsinə çalışdığını xatırladır.
Bu çərçivədə 2009-cu ildə Qəzzəyə qarşı 22 günlük müharibədə qəzzəlilərin qırğın edilməsi ilə bağlı BMT-nin Faktaraşdırıcı Komitəsinin Qoldston adlı hesabatını misal göstərmək olar. Belə ki, bu hesabat tam düzgün və şəffaf olmasına baxmayaraq, yalnız BMT İnsan Haqları Şurasının arxivinə göndərildi.
Belə bir şəraitdə ümumi fikir BMT-nin İsrailin cinayətləri barəsində hesabatları hazırlayaraq yayımlamaqla yanaşı bütün dünyanın daha artıq məlumatlanması üçün sionist rejim cinayətkarlarının mühakimə edilməsi istiqamətində lazımi tədbirlər görməsini gözləyir.