İsrail rejiminin fələstinli əsirlərə qeyri-insani qanunu
İyun 17, 2015 13:26 Asia/Baku
Fələstin Əsirlər və Azadlar Heyətinin rəhbəri sionst rejimin fələstinli əsirlər üçün qeyri-insani qanun tətbiq etdiyini bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İsa Qəraqe əl-Aləm telekanalına verdiyi müsahibədə bildirib: Sionist rejim aclıq aksiyası keçirən fələstinli əsirlərin iradəsini qıra bilmədiyinə görə bir qanun təsdiqləyib. Bu qanuna əsasən bu rejimin həbsxanalar təşkilatı əsirlərin burun vasitəsi ilə məcburi şəkildə qidalandırılmasına şərait yaradır.İsa Qəraqe əlavə edib: Sionist rejimin bu hərəkəti qeyri-insanidir ki, aclıq aksiyası keçirən əsirə ölüm hökmünü göstərir və onların şəhid olmasına səbəb olur.
Fələstin Əsirlər və Azadlar Heyətinin rəhbəri bildirib: 1980-ci illərdə burun vasitəsi ilə məcburi qidalandırma bir qrup fələstinli əsirin şəhid olması ilə nəticələnib və hüquq qurumları, hətta İsrail rejiminin Həkimlər birliyinin də etirazına səbəb olub.
Bu arada bir qrup fələstinli də ona qoşulub və yüzlərlə fələstinli Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi qarşısında aksiya keçirərək öz səslərini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışıb.