İyun 24, 2015 16:48 Asia/Baku
  • İŞİD liderinin müşaviri Mosulda öldürüldü
    İŞİD liderinin müşaviri Mosulda öldürüldü

İŞİD terror qruplaşması liderinin müşaviri Mosul şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirilib.

İraq Kürdüstanı Vətəndaş Birliyi partiyasının Neynəva vilayətindəki informasiya xidmətinin rəhbəri Qiyas Çurçi bu gün mətbuat konfransında deyib: Naməlum silahlı şəxslər İŞİD komandanlarından və İŞİD-in lideri Əbubəkr əl-Bəğdadinin müşaviri olan Əbu Məhnəd Suveydavini Mosul şəhərinin mərkəzində qətlə yetiriblər.
Qiyas Surçi əlavə edib: Bu İŞİD terrorçusu İraqın buraxılmış Bəəs partiyasında da məsul vəzifələrdə çalışıb.
Surçi deyib: Naməlum şəxslər həmçinin, Mosul şəhərində İŞİD-in yoxlama-buraxılış postlarından birinə hücum edərək, 5 terrorçunu öldürüblər.
Bu arada İraqın əl-Ənbar vilayəti müştərək əməliyyat qərargahının sözçüsü Yəhya Rəsul Abdullah bir bəyanat yayaraq, bildirib ki, İraq ordusu Hava Qüvvələri əl-Ənbar vilayətində yerləşən Şərqi Həsibə məntəqəsində terrorçuların mövqelərinə havadan zərbələr endirib. Bu əməliyyat zamanı 30 terrorçu həlak olub, onlarla nəfər də yaralanıb. Həmçinin, terrorçulara məxsus bir sıra hərbi texnika məhv edilib.
Bu bəyanatda həmçinin deyilir: İŞİD-in qondarma müftisi Əbu Məhəmmədin cəsədi də Həsibə məntəqəsində ölən terrorçular arasındadır.

Teqlər