Fələstinli əsirlər qadağan olunmuş üsullarla işgəncə edilirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195208-fələstinli_əsirlər_qadağan_olunmuş_üsullarla_işgəncə_edilirlər
Sionist rejim fələstinli əsirlərə işgəncə vermək üçün qadağan olunmuş üsullardan istifadə edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2015 13:17 Asia/Baku
  • Fələstinli əsirlər qadağan olunmuş üsullarla işgəncə edilirlər
    Fələstinli əsirlər qadağan olunmuş üsullarla işgəncə edilirlər

Sionist rejim fələstinli əsirlərə işgəncə vermək üçün qadağan olunmuş üsullardan istifadə edir.

Fələstin əl-Yəum xəbər agentliyinin verdiyi məlumata görə, Fələstinli Əsirlər üzrə Araşdırma Mərkəzinin rəsisi Rafət Həmdunə işgəncə ilə ümumdünya mübarizə günü münasibətilə deyib: İsrail rejimi əsirliyində olan fələstinlilərin bütün hüquqlarını pozur. Çünki, bu rejim özünü qanundan üstün hesab edir.
Həmdunə əlavə edib: İsrailin Təhlükəsizlik Təşkilatı Şabak fələstinli əsirlərdən etiraf olmaq üçün onlara qarşı qadağan olunmuş işgəncə metodlarından istifadə edir. Hətta, yalan olsa belə onlardan etiraf alır ki, onların barəsində həbs qərarı çıxarda bilsinlər.
Əsirlərin başına çirkli torbaların keçirilməsi, yatmağa icazə verməmək, uzun müddət ayaq üstündə saxlamaq, müalicə xidmətlərindən məhrum etmək, üzərlərinə qaynar və ya buzlu su tökmək habelə, ruhi baxımdan təzyiqlər göstərmək fələstinli əsirlərə qarşı yol verilən işgəncələrdən sayılır.