Küveytdə İmam Sadiq (ə) məscidi şəhidləri son mənzilə yola salınıb
İyun 28, 2015 10:19 Asia/Baku
Küveytdə İmam Sadiq (ə) məscidinə qarşı terror aktı nəticəsində şəhid olanların dəfn mərasimi minlərlə küveytlinin iştirakı ilə keçirilib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, bu mərasimin Küveytin isti havasında keçirilməsinə baxmayaraq, mərasimdə iştirak edənlər Allah-Əkbər və Ləbbeyk Ya Hüseyn şüarları səsləndirərək şəhidlərin cənazələrini şiələrin qəbiristanlığına qədər müşayiət edib və orada dəfn ediblər.Yerli adət-ənənəyə görə günorta azanından sonra keçirilən bu mərasimdə Küveyt Əmiri, Nazirlər Kabineti, əl-Ümmət Məclisi tərəfindən nümayəndələr, eləcə də İranın Küveytdəki səfiri iştirak ediblər.
Cümə günü Küveytin mərkəzində Səvabir məntəqəsində İmam Sadiq (ə) məscidində törədilən partlayış nəticəsində 27 namaz qılan, o cümlədən 3 İran vətəndaşı şəhid olub, 200-dən çox insan yaralanıb.
İŞİD terror qruplaşması bu partlayışın məsuliyyətini üzərinə götürüb.
Küveyt Nazirlər Kabineti fövqəladə iclas keçirərək İmam Sadiq (ə) məscidi şəhidlərinin xatirəsinə şənbə gününü matəm elan edib.