İyun 28, 2015 17:03 Asia/Baku
  • Ərəbistanlı terrorçu Küveytdəki terror aktının səbəbkarıdır
    Ərəbistanlı terrorçu Küveytdəki terror aktının səbəbkarıdır

Küveyt Daxili İşlər Nazirliyi bu ölkədə İmam Sadiq (ə) məscidində terror aktını törədənin kimliyinin müəyyənləşdiyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Küveyt Daxili İşlər Nazirliyi bazar günü bir bəyanatda bildirib ki, cümə günü İmam Sadiq (ə) məscidində partlayış törədən terrorçu Ərəbistan vətəndaşı Fəhd Süleyman Əbdülmöhsün əl-Bəqa olmuş və cümə günü səhər Küveyt aeroportuna daxil olubmuş.
Küveyt DİN-in bəyanatında bildirilir: Küveyt təhlükəsizlik qüvvələri ciddi şəkildə bu terror aktının şübhəliləri və amillərinin müəyyənləşdirilərək həbs olunmasını diqqət mərkəzində saxlayırlar.
Cümə günü cümə namazı qılındığı zaman bir terrorçu Küveytin Səvambir məntəqəsində İmam Cəfər Sadiq (ə) məscidində namaz qılanlar arasında üzərindəki bombanı partladıb və 27 şiə namaz qılanın ölməsi və 200-dən çox insanın yaralanmaına səbəb olub.

Teqlər