Cari ilin əvvəlindən 2 mindən çox fələstinli həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195490-cari_ilin_əvvəlindən_2_mindən_çox_fələstinli_həbs_olunub
Fələstinli Əsirlərin Araşdırmalar Mərkəzi cari ilin əvvəlindən 2 mindən çox fələstinlinin həbs olunduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2015 05:54 Asia/Baku
  • Cari ilin əvvəlindən 2 mindən çox fələstinli həbs olunub
    Cari ilin əvvəlindən 2 mindən çox fələstinli həbs olunub

Fələstinli Əsirlərin Araşdırmalar Mərkəzi cari ilin əvvəlindən 2 mindən çox fələstinlinin həbs olunduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının Qüdsnetə istinadla verdiyi məlumata görə, Fələstinli Əsirlərin Araşdırmalar Mərkəzi bir hesabatda bildirib: Sionist rejim hərbçiləri 2015-ci ilin əvvəlindən 2160-dan çox fələstinlini, o cümlədən 314 uşaq və 139 qadını həbs ediblər.
Bu hesabatda bildirilir: Həbs olunanların 800-ü Qüds sakini, 600-ü əl-Xəlil, qalanı isə İordan çayının qərb sahilinin digər şəhərləri və Qəzzə zolağının sakinidir.
Hazırda təxminən 7 min fələstinli sionist rejim məhbəslərində acınacaqlı şəraitdə dustaqdırlar.