İraqın şimalında on terrorçu öldürülüb
İyul 07, 2015 18:11 Asia/Baku
İraqlı qüvvələrin bu ölkənin şimalında Səlahəddin vilayətindəki hücumunda on terrorçu öldürülüb.
IRIB-nin məlumatına görə, İraqda könüllü xalq qüvvələrinin komandnlığı bildirib ki, bu gün bu qüvvələrin və iraqlı qüvvələrin Səlahəddin vilayətinin Bici şəhərinin Təl Əlbucrad məntəqəsindəki hücumunda on terrorçu öldürülüb.Bu hücumda təkfirçi-sionist İŞİD qrupunun bir buldozeri və bir tankeri daxil olmaqla bomba qoyulmuş beş avtomobil məhv edilib.
Təhlükəsizlik qüvvələri Bici şəhərinin səksən faizindən çoxunu əllərinə keçiriblər və şəhərin partlayış tələlərindən təmizlənməsi davam edir.
İraq qüvvələrinin baş komandanlığı İŞİD-in Pərvanə şəhərinə yiyələnməsini təkzib edib. Bu şəhər Ələnbar vilayətinin Ərrəmadi şəhərinin şimalından 160 kilometr aralıda yerləşir.