İyul 16, 2015 14:37 Asia/Baku
  • Regionda şiələrə qarşı təkfirçi terrorçuların təhdidi artıb
    Regionda şiələrə qarşı təkfirçi terrorçuların təhdidi artıb

İŞİD təkfirçi terrorçularının Küveyt və Ərəbistanda şiələrin ibadət mərkəzlərinə qarşı son cinayətlərindən sonra, bu dəfə bu terror qruplaşması Ərəbistan yarımadasında şiələri ölümlə hədələyiblər.

Səhər Beynəlxalq Televiziyasının Birləşmiş Ərəb Əmirliklərinin xəbər portalına istinadla verdiyi məlumata görə, İŞİD terror qruplaşması çərşənbə günü bir video-çarxda bildirib ki, Ərəbistan və Küveyt məscidlərində şiələrə qarşı əməliyyatı icra etdikdən sonra Fars körfəzinin cənub ətrafında yerləşən bütün ölkələrdə şiələrə qarşı fəaliyyət çərçivəsini genişləndirəcək.
İŞİD bu video-çarxda Ərəbistan və Küveyt məscidlərində terror aktlarının törədlməsindən razılıq edərək vəhhabi təkfirçiləri Ərəbistan yarımadasının ərəb ölkələrində şiələri qətlə yetirməyə çağırıb.
İŞİD-ə üzv səudiyyəli terrorçu 26 iyun cümə günü Küveytin Səvabir məntəqəsində İmam Sadiq (ə) məscidində üzərindəki partlayıcı qurğunu işə saldı. Nəticədə 27 namaz qılan şəhid oldu, 227 nəfər də yaralandı. Bundan öncə isə Ərəbistanın şiə sakinli bölgəsində İmam Əli (ə) məscidində oxşar terror aktı törədilmiş və 22 namaz qılan həlak olmuş və yüz nəfər də yaralanmışdı.
İŞİD terror qruplaşmasının Ərəb və Küveytdə şiələrin ibadət mərkəzlərinə qarşı hücumların məsuliyyətini üzərinə götürməsinə baxmayaraq, iki ölkənin təhlükəsizlik rəsmiləri oxşar cinayətlərin törədilmsənin qarşısını almaq üçün praktiki addım atmamışlar. Bu məsələ şiə vətəndaşların qəzəbinə səbəb olmuş, üstəlik terrorçuları şiələrə qarşı əlavə cinayətlər törətməkdə həyasızlaşdırmışdır.
Ərəbistan kimi ölkələrin İŞİD terrorçularının şiələr əleyhinə cinayətləri qarşısında addım atmamaları beynəlxalq ictimaiyyətin reaksiyası və etirazına tuş gəlmişdir.
BMT baş katibi Ban Ki Mun bu hücumları pisləyərək bu cinayətlərin məqsədini Yaxın Şərq regionunda ixtilaf və böhranın şiddətlənməsi kimi dəyərləndirib.
Ban Ki Mun beynəlxalq ictimaiyyətin terrorçu qruplaşmaların hədəsi ilə mübarizə üçün əməkdaşlığını qeyd edəərək vurğulayıb ki, bu cinayətlər qarşısında sükut beynəlxalq ictimaiyyətin təhlükəsizliyini təhlükəyə atır. Ərəbistan və Küveyt vətəndaşlarına qarşı terror aktlarının törədilməsini nəzrə aldıqda demək olar ki, terror qruplaşmaları bir müddət öncə regionun siyasi və dini şəxsiyyətlərinə xəbərdarlıq edtdiyi kimi, Suriya və İraq kimi ölkələrdən məqsəd ölkələrə keçərək bütün region, xüsusilə də onların hamilərinin bəlasına çevrildilər.
Əslində terrorçuların maliyyə və silah baxımından dəstəklənməsinin dayandırılması, silahlı ünsürlərin müxtəlif ölkələrdən keçməsinin qarşısının alınması, dövlətlər və beynəlxalq ictimaiyyətin nəhs terrorizm fenomeni ilə həqiqi mübarizə üçün ciddi iradə sərgiləməsi bölgədə İŞİD terror qruplaşmasının hücumlarına son qoymaq və onun kökünün qurudulmasının yeganə yoludur.
Belə olmadığı halda İŞİD qruplaşmasının hətta tanınan hamilri də bu qruplaşmanın təhlükəsindən amanda qalmayacaqlar.
Bu çərçivədə islam dini, müsəlmanların imicini və islam dünyasının vəhdətini təhlükəyə atan hərəkətlərlə qarşılaşmaq üçün islam ölkələrinin təsirli addımı terrorizmlə mübarizədə hər bir addımdan daha effektiv ola bilər.

Teqlər