Ərəbistanda qadınlara qarşı məhdudiyyətlər davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i195961-Ərəbistanda_qadınlara_qarşı_məhdudiyyətlər_davam_edir
Ərəbistanlı fəallar Ali-Səud rejimi tərəfindən bu ölkə qadınalarına qarşı məhdudiyyətlərin davam etməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2015 05:18 Asia/Baku
  • Ərəbistanda qadınlara qarşı məhdudiyyətlər davam edir
    Ərəbistanda qadınlara qarşı məhdudiyyətlər davam edir

Ərəbistanlı fəallar Ali-Səud rejimi tərəfindən bu ölkə qadınalarına qarşı məhdudiyyətlərin davam etməsindən xəbər veriblər.

Ərəbistanda Əlmərsəd saytının məlumatına görə, ərəbistanlı fəallar Sacir şəhərində səudiyyəli bir məmur tərəfindən bir qadının satış mərkəzindən çıxarılması barədə filmi yayaraq, bildiriblər ki, Ərəbistanın dini polisi bu qadının çadrasının üzərində naxışın olması səbəbindən onu satş mərkəzindən çıxarıbdır.
Ərəbistanlı fəallar əlavə ediblər: Səudiyyə başçılarının bu ölkədə qadınlara qarşı tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılması üzrə hər cür vədləri həqiqətdən uzaqdır.
Ərəbistanın dini polisi məmurlarının kobud davranışları bu ölkənin daxili və xaricində kəskin tənqidlərə səbəb olubdur.
Bundan öncə də İnsan Haqları Gözətçisi Təşkilatında(Human Rights Watch) Yaxın Şərq və Afrikanın şimalı məsələləri üzrə şöbə müdiri Sara Eli Vitson demişdi ki, Ərəbistan dövlətinin qadınlara qarşı tətbiq etdiyi məhdudiyyətlər bu ölkə üçün utancgətiricidir.