İraqda qanlı terror
İyul 18, 2015 08:38 Asia/Baku
İraqın paytaxtı Bağdadın şimal-şərqində, Xan Bəni Səəd məntəqəsində yerləşən bir bazarda bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində bir neçə qadın və uşaq da daxil olmaqla 80 nəfər həlak olub.
Mehr xəbər agentliyinin məlumatına görə, bu qanlı terror aktı cümə günü axşam, əhalinin Fitr bayramına hazırlıq məqsədilə bazara axın etməsi zamanı baş verib. Hadisə nəticəsində onlarla nəfərin yaralandığı da bildirilir. Həmçinin bir neçə bina tamamilə dağılıb, onlarla avtomobil yararsız vəziyyətə düşüb.Bağdad polisinin bir rəsmisi bu hadisəni təsdiq edərək, yaşananların təəssüf doğurduğunu bildirib.
İŞİD terror qruplaşması Diyalə vilayətində törədilən bu qanlı terror aktının məsuliyyətini öz üzərinə götürüb.