Türkiyənin cənub-şərqində PKK tərəfdarları aksiyalar keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196229-türkiyənin_cənub_şərqində_pkk_tərəfdarları_aksiyalar_keçiriblər
Kürdüstan Fəhlə Partiyası PKK tərəfdarları Türkiyənin cənub-şərqində aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2015 06:38 Asia/Baku
  • Türkiyənin cənub-şərqində PKK tərəfdarları aksiyalar keçiriblər
    Türkiyənin cənub-şərqində PKK tərəfdarları aksiyalar keçiriblər

Kürdüstan Fəhlə Partiyası PKK tərəfdarları Türkiyənin cənub-şərqində aksiya keçiriblər.

Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Mardin vilayətində PKK tərəfdarları anti-üsyan polis məmurlarına doğru daş və əllə hazırlanan qumbaralar ataraq onlarla toqquşublar.
PKK tərəfdarları Türkiyə qırıcılarının İraqda bu partiya üzvlərinə hücumlarını pisləyib və polis də gözyaşardıcı qazdan istifadə etməklə aksiyanı dağıtmağa başlayıb.
PKK tərəfdarları Mardində iki avtomat-bank köşkünü və bir polis avtomobilini yandırıblar. Lakin bu aksiyada baş verən qarşıdurmada kimsə yaralanmayıb.
Türkiyənin Hərbi Hava Qüvvələri cümə gecə İraqın şimalında PKK-nın bir neçə düşərgəsini bombalayıblar.
Bu hücumların ardınca, PKK Türkiyə hökuməti ilə elan olunan atəşkəsin sonundan xəbər verib.
Bundan öncə Türkiyənin anti-terror polisi cümə günü İŞİD terror qruplaşması və PKK üzvlərinin olmasında şübhəli bilinən İstanbul şəhərində 100-dən çox məkana hücum etmişdi.
Türkiyə baş naziri bildirib ki, bu əməliyyatda ən azı 251 nəfər həbs olunub.