İyul 27, 2015 17:23 Asia/Baku
  • Əhməd Şəhid
    Əhməd Şəhid

Səudiyyə Ərəbistanı BMT-nin insan haqları üzrə xüsusi məruzəçisinə 1 milyon dollar rüşvət verib ki, İran məsələləri qarşısında sərt mövqeli hesabatlar yayımlasın.

Səhər Beynəlxalq Televiziyasının əl-Vəi Nyuz xəbər portalına istinadla verdiyi məlumata görə, Wikileaks portalının bir sıra sənədləri Səudiyyə Ərəbistanının Küveytdəki səfirliyinin BMT-nin İranda insan haqları məsələləri üzrə xüsusi məruzəçisi Əhməd Şəhidə 1 milyon dollar pul ödədiyini göstərir.
Bu gizli sənədlərə əsasən, Əhməd Şəhid də Ərəbistan xarici işlər nazirinə öz dərin təşəkkürünü bildirib və vəd edib ki, İran işi qarşısında mövqeyini sərtləşdirmək üçün bütün səyini göstərəcək.
Wikileaks saytı Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yarım milyondan çox gizli sənədini yayımlayıb. Bu sənədlərin əsas hissəsi Ərəbistan Xarici İşlər Nazirliyi ilə bu ölkənin digər ölkələrdəki nümayəndəlikləri arasında elektron poçt məktubları və teleqraflara şamil olur.

Teqlər