Türkiyədə de-stabillik davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196298-türkiyədə_de_stabillik_davam_edir
Türkiyə Kürd Fəhlə Partiyası PKK-nın üzvləri bu ölkənin cənub-şərqində daha bir polisi oğurlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2015 10:01 Asia/Baku
  • Türkiyədə de-stabillik davam edir
    Türkiyədə de-stabillik davam edir

Türkiyə Kürd Fəhlə Partiyası PKK-nın üzvləri bu ölkənin cənub-şərqində daha bir polisi oğurlayıblar.

Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyə polisi bildirib: Öz avtomobili ilə səfərə çıxan polis məmuru Sedat Yabalak çərşənbə axşamı günü Şırnak şəhərinin şərqində PKK üzvləri tərəfindən oğurlanıb.
Türkiyə polisi bu barədə araşdırmanın başlandığına toxunaraq bildirib: Yabalakın ailəsi PKK qüvvələrinin hücumu zamanı onunla birlikdə olub və onlara məkanı tərk etmək icazəsi verilib.
PKK üzvləri cümə günü də Türkiyənin cənub-şərqində bir polis məmurunu oğurlayıblar.
Kürd Fəhlə partiyası son vaxtlar Türkiyə polis məmurlarına qarşı hücumlarını artırıblar.
Ötən həftə çərşənbə günü də Şanlı Urfada iki polis PKK üzvləri tərəfindən öldürülüb.