Fələstin sionist rejimdən Beynəlxalq Haaqa Məhkəməsinə şikayət edib
Avq 04, 2015 10:16 Asia/Baku
-
Fələstin sionist rejimdən Beynəlxalq Haaqa Məhkəməsinə şikayət edib
Fələstin Muxtariyyəti Qərb sahilində fələstinli körpəni yandırdığına görə, sionist rejimdən Beynəlxalq Haaqa Məhkəməsinə şikayət edib.
Təsnim xəbər agentliyinin məlumatına görə, Fələstinin xarici işlər naziri Riyaz Maliki bazar ertəsi günü sionist qəsəbə sakinlərinin Qərb sahilində yerləşən Duma kəndinə qarşı ölümcül hücumu ilə bağlı Beynəlxalq Haaqa Məhkəməsində şikayət işi qaldırıb. Həmin hadisədə on səkkiz aylıq Əli Səəd Dəvabşə diri-diri odda yandırılıb.Maliki deyib ki, bu şikayət ərizəsi Duma əməliyyatı, habelə bütövlükdə sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı hücumları və kobudluqlarına şamil olur.
Fələstinlilər həmçnin Cenevrədə BMT-nin İnsan Haqları Şurasında bu hücum haqda bir hesabat tənzim ediblər.
Fələstin Muxtariyyətinin sədri cümə günü bildirib ki, sionist rejim sionist qəsəbə sakinləri tərəfindən on səkkiz aylıq Əli Səəd Dəvabşənin diri-diri odda yandırılmasında məsuliyyət daşıyır.
Fələstin Muxtariyyəti sədrinin sözçüsü vurğulayıb: Əgər sionist rejimin nazirlər kabineti sionist qəsəbələrin salınmasının davam etdirilməsini və sionist qəsəbə sakinlərini dəstəkləməsəydi, bu cinayət baş verməzdi.
Sionist qəsəbə sakinləri ötən cümə Qərb sahilində yerləşən Duma kəndinə qarşı ölümcül hücumda iki fələstinli mənzilni yandıraraq, bir uşağı diri-diri odda yandırıblar.