İsrail həbsxanalarında saxlanılan 120 fələstinli əsir aclıq aksiyasına başlayıb
Avq 06, 2015 14:31 Asia/Baku
Sionist rejimin əsiri olan 120 fələstinli saxlanma şəraitinin dözülməz olmasına etiraz olaraq, aclıq aksiyasına başlayıb.
Fələstin xəbər agentliyinin verdiyi məlumata görə, Fələstinli Əsirlər üzrə Araşdırma Mərkəzinin direktoru Rafət Həmdunə cümə axşamı bildirib ki, 120 fələstinli əsir Nəfəxə zindanı rəsmilərinin məhbuslar ilə son anlaşmaya əhəmiyyət verməməsinə etiraz olaraq, aclıq aksiyasına başlayıb.Həmdunə insan haqları üzrə qurum və təşkilatlardan, milli və islamçı qruplardan habelə, medialardan istəyib ki, fələstinli əsirlər mövzusuna ciddi şəkildə diqqət ayırsınlar. Çünki, bu əsirləri çox təhlükəli bir tale gözləyir.
Hazırda sionist rejim zindanlarında 6 min fələstinli əsir var. Onlar son dərəcə pis və dözülməz şəraitdə saxlanılırlar.