Türkiyə qırıcıları PKK-nı vurdu, 17 terrorçu öldü
Avq 11, 2015 20:30 Asia/Baku
-
Türkiyə qırıcıları PKK-nı vurdu, 17 terrorçu öldü
Türkiyə qırıcılarının PKK-nın sığınacaqlarına raket zərbələri endirməsi nəticəsində, 17 PKK-çı ölüb.
Doğan xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə ordusu Mərkəzi Qərargahı bildirib ki, PKK-nın Hakkari vilayətində, Bozul və İki yol yüksəkliklərindəki mövqelərinə qarşı hücumlar həyata keçirilib. Bu barədə əlavə məlumat yayılmayıb. Lakin, deyilənlərə görə, bu hücumlar PKK ünsürlərinin ötən gün Türkiyənin bir neçə məntəqəsində 8 təhlükəsizlik qüvvəsinin ölümünə yol açan terror aktlarına cavab olaraq həyata keçirilib.Türkiyənin Suruç şəhərində PKK tərəfdarlarına edilən hücumun ardınca, ölkədə vəziyyət gərginləşib. Suruç hadisəsində 32 nəfər ölmüş, 100 nəfər isə yaralanmışdı.
PKK-nın yenidən silahı ələ alaraq, təhlükəsizlik qüvvələrinə hücum etməsinin ardınca Türkiyə dövləti PKK ilə 2 illik atəşkəsin pozulduğunu bildirdi və PKK-nın mövqelərinə qarşı hava hücumlarına başladı. Vəziyyəti belə görən Türkiyə kürdləri yenidən sülh danışıqlarının başlanması istəyi ilə çıxış etməyə başlayıblar.
Asiya xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə kürdləri koalisiyası 30 il ərzində PKK-nın Türkiyə dövlətinə qarşı silahlı əməliyyatlarına başçılıq etmiş Abdulla Öcalan ilə sülh danışıqlarının başlanmasını istəyirlər. Kürd qüvvələr koalisiyası danışıqların başlanmasını və 2013-cü ildən bəri həbs edilmiş kürd fəalların sərbəst buraxılmasını istəyirlər. Türkiyə dövləti isə, sülh müzakirələrinin yalnız PKK-nın silahı yerə qoyacağı zaman başlaya biləcəyini bildirib.