S.H. Nəsrullah: İyul müharibəsi düşmən başçılarını təhqir etdi
Avq 15, 2015 08:46 Asia/Baku
-
S.H. Nəsrullah: İyul müharibəsi düşmən başçılarını təhqir etdi
Livan Hizbullahının baş katibi Müqavimətin qələbəsinin doqquzuncu ildönümü günü mərasimindəki çıxışında deyib: Düşmən başçıları iyul müharibəsində təhqir hissi keçirirdilər.
Səhər telekanalının məlumatına görə, Seyid Həsən Nəsrullah əlavə edib: Vadi Əl-Həcir döyüşü düşmənin bütün hərbi planlarını nakam qoydu və onlar üçün geri çəkilməkdən başqa bir yol qoymadı.Livan Hizbullahının baş katibi sonra deyib: Düşmənin iyul müharibəsində qələbəyə ehtiyacı var idi və o, həmin qələbə ilə öz şərtlərini Müqavimətə qəbul etdirə bilmək istəyirdi.
Nəsrullah əlavə edib: 1973-cü ildən bəri ən böyük desant əməliyyatı 2006-cı ilin iyul müharibəsində həyata keçrildi və həmin döyüşdə düşmən ordusunun onlarla Merkavi tipli tankı məhv edildi və bu rejimin onlarla zabit və əsgəri öldü və yaralandı. Sionistlər burada cəhənnəmi hiss etdilər.
Livan Hizbullahının baş katibi bildirib ki, bu gün Yəməndə baş verən qətl, qırğın və dağıntı xalqların məğlubiyyətinə səbəb olmayacaq. O, qeyd edib ki, 2006-cı ilin iyul müharibəsi dünyada bir çox hərbi strategiyaları dəyişdi.
Seyid Həsən Nəsrullah vurğulayıb: Livan torpağının hər bir qarışı düşmən tanklarının məhv olacağı və düşmən hərbçilərinin öləcəkləri bir uçurum olacaqdır.
İsrail rejimi ordusu Livanda heç bir uğurlu strategiyaya malik olmayacaq. Düşmənin quru hücumu strategiyası qarşısında bizim strategiyamız Vadi Əl-Həcir strategiyası olacaqdır.
Nəsrullah əlavə edib: Amerika İŞİD-in hazırda Suriyada hədəfə alınmasını istəmir, zira İŞİD-dən bu ölkənin parçalanmasında istifadə etmək istəyir.