Avq 21, 2015 10:49 Asia/Baku
  • Misirdə daha bir qrup ixvaninin həbsi
    Misirdə daha bir qrup ixvaninin həbsi

Misirin təhlükəsizlik qüvvələri Müsəlman Qardaşları qrupunun yatırdılmasının davamında onun daha 23 üzvünü həbs ediblər.

Təsnim xəbər agentliyinin məlumatına görə, cümə axşamı günü 29 nəfərin yaralanması ilə nəticələnən Misir Milli Təhlükəsizlik binasının qarşısında baş vermiş partlayışın ardınca Misirin təhlükəsizlik qüvvələri Müsəlman Qardaşları qrupunun 23 üzvünü həbs ediblər.
Belə bir halda, İŞİD terror qrupunun Misirin şimalındakı Sina məntəqəsində yerləşən bir qolu bu terror partlayışının məsuliyyətini öz üzərinə götürüb.
Misir Müsəlman Qardaşları qrupunu terror siyasına salıb və bütün ərəb ölkələrindən istəyibdir ki, Müsəlman Qardaşları qrupu ilə bir terror qrupu kimi davransınlar.

Teqlər