Türkiyə ordusunun hücumlarında 771 PKK üzvü öldürülüb
Avq 21, 2015 19:23 Asia/Baku
-
Türkiyə ordusunun hücumlarında 771 PKK üzvü öldürülüb
Ötən bir ay ərzində Türkiyə qırıcılarının İraqın şimalındakı ardıcıl bombardmanlarında və Türkiyə daxilindəki silahlı toqquşmalarda Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nın 771 üzvü öldürülüb.
Anadolu xəbər agentliyinin məlumatına görə, qeyd olunan müddətdə və İraqın şimalında PKK-nın bazaları və gizli məkanlarıının bombalanması zamanı bu qrupun üzvlərindən 511 nəfər öldürülüb.Bu məlumata görə, Türkiyə ordusunun bu ölkə ərazisindəki əməliyyatlarında da 260 PKK-çı öldürülüb.
Həmin müddətdə PKK-nın şəhər qolunun üzvləri və PKK ünsürləri ilə həmkarlıqda şübhəli bilinən 1700 nəfərdən yuxarı şəxs həbs olunub və onların 417 nəfəri məhkəmənin hökmü ilə zindana salınıb.
Türkiyədə qarışıqlıq 31 nərəfin ölməsi və təqribən yüz nəfərin də yaralanması ilə nəticələnən Suriya sərhədi yaxınlığında və Türkiyənin cənubundakı Suruç şəhərində kürdlərə havadar çıxan fəallara qarşı partlayış hücumundan sonra başlandı.
Ötən 44 gündə Türkiyənin müxtəlif məntəqələrində bu ölkə ordusu ilə kürd qruplar arasındakı döyüşlərdə azı 55 təhlükəsizlik qüvvəsi və 14 sivil öldürülüb, 189 nəfər yaralanıb, 144 avromobil də yandırılıbdır.