Beyrut əhalisinin etiraz aksiyası zorakılığa çevrilib
Avq 23, 2015 09:56 Asia/Baku
Livan xalqının bir hissəsinin Beyrut zibilləri böhranının həll olunmamasına qarşı aksiyası kobudluq və qarşıdurma ilə nəticələnib.
Frans-Press-in məlumatına görə, Livanın müxtəlif məntəqələrindən olan bir qrup insan dövlətə qarşı etirazda Riyaz Əlsulh meydanında baş nazirlik binası qarşısına toplaşıb, sonra da yürüş keçiriblər.Bu məlumata görə, heç bir siyasi motivi olmayan yürüş sırf Beyrut zibillərinin yığışdırılmamasına etiraz mahiyyəti daşıyıb.
Livanın ekologiya naziri Muhəmməd Əlməşnuqun istefasını tələb edən aksiya iştirakçıları Əlnəcmə meydanında yerləşən parlament binasına qarşı hərəkət etmək istəyiblər ki, təhlükəsizlik qüvvələri su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək, onların hərəkətinin qarşısını alıblar.
Bu məlumata görə, 16 aksiyaçı yaralanıbdır.