Avq 30, 2015 10:21 Asia/Baku
  • Fələstinli əsirlərin tədrici ölümü
    Fələstinli əsirlərin tədrici ölümü

Sionist rejim məhbəslərindəki xəstə fələstinli əsirlər tədrici ölümlə əlbəyaxadırlar.

İordaniyanın Petra xəbər agentliyinin məlumatına görə, Fələstinli əsirlər və azadələrin işləri üzrə komitənin sədri İsa Qəraqə deyib ki, sionist rejim məhbəslərindəki xəstə fələstinli əsirlər dünya ictimaiyyətinin sükutu qarşısında tədrici ölümlə üzləşirlər.
Qəraqə deyib: Dünya ictimaiyyəti sionist rejimi məhbəslərdəki fələstinli xəstələri müalicə etməyə məcbur etmək məqsədilə beynəlxalq humanitar hüquqların icrası üçün lazımi iradəyə malik deyil.
O, sionist rejim məhbəslərindəki xəstə fələstinli əsirlərin sayının 1800 nəfərədək artmasına toxunaraq, deyib: Bu miqdarın əsəbi, ruhi, əlillik və çarəsiz xəstəliklərə düçar olmuş 85 nəfəri çətin cismani və doğrudan da təhlükəli duruma malikdir.
Fələstinli əsirlər və azadələrin işləri üzrə komitənin sədri vurğulayıb: Sionist rejim məhbəslərində müalicə işlərinin açılması və fələstinli əsirlərin cismani və ruhi vəziyyətlərinə baxılmaq istiqamətində xəstələr üçün müalicə və tibbi təchizatların hazırlanması zəruridir.

Teqlər