Avq 30, 2015 10:37 Asia/Baku
  • Beyrut aksiyaları başa çatıb və etirazçılar dövlətə 72 saatlıq fürsət veriblər
    Beyrut aksiyaları başa çatıb və etirazçılar dövlətə 72 saatlıq fürsət veriblər

Şənbə günü axşam Şəhidlər meydanında başlanmış Beyrutdakı dinc aksiya bir bəyanat yayıb və dövlətə 72 saatlıq fürsət verərək, başa çatıb.

IRNA-nın məlumatına görə, bəyanatda aksiyaçılar 8 və 14 mart cərəyanlarına tabe olmamağı vurğulayaraq, bildiriblər ki, son Livan hadisələri gələcəkdə əsaslı dəyişikliklər üçün yeni bir mərhələdir.
Bəyanatda meriyaların aksiyaçıların tələblərinə müsbət cavab vermələri alqışlanaraq, deyilir: Biz hələ yolun əvvəlindəyik və prezident seçkilərinədək və məhkəmə sisteminin istiqlaliyyətinədək burada qalacağıq.
Etirazçılar bu bəyanatda həmçinin ekologiya naziri Muhəmməd Əlməşnuqun istefasına və daxili işlər naziri Nəhad Əlməşnuqun polisin aksiyaçılarla kobud rəftarlarına görə, impiçment edilməsinədək aksiyaların davam etdirilməsini istəyiblər.
Bəyanatın sonunda dövlətdən oğurlanmış livanlıların öz ailələrinə qaytarılması istənilərək, vurğulanıbdır ki, dövlət aksiyaçıların tələblərinə cavab vermək üçün 72 saatlıq fürsətə malikdir; əkd halda, çərşənbə axşamı günü aksiyalar bərpa olunacaq.

Teqlər