Sionist rejimin casusluq təşkilatında terror bölməsi
Avq 30, 2015 19:11 Asia/Baku
Sionist rejimin ikinci telekanalı bu rejimin casusluq təşkilatında terror bölməsinin olduğunu etiraf edib.
Fələstinin Səma xəbər agentliyinin məlumatına görə, sionist rejimin ikinci telekanalı bir verilişdə bu rejimin casusluq təşkilatı- MOSSAD-da Kidun adlı terror bölməsinin olmasına nəzər salıb və bildirib ki, bu bölmə indiyədək İran daxil olmaqla dünyanın müxtəlif nöqtələrində qırx terror əməliyyatı həyata keçirib.Bu məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatı-Həmas-ın hərbi qolu olan İzzəddin Qəssam batalyonlarının komandanlarından olan Mahmud Əlməbhuhun və hətta iranlı alimlərin terroru bu bölmə tərəfindən həyata keçirilib, amma heç zaman aşkar surətdə bu terrorların məsuliyyətini üzərinə götürməyib və onun üzvlərinin əməliyyatları tamamilə sirli şəkildə icra olunur.
Dünyanın müxtəlif nöqtələrində nüvə alimlərinin terroru, eləcə də Hitler dövründən qalmış nasistlərdən intiqam almaq Kidun-un üzvlərinin üzərlərinə düşən digər tapşırıqlardandır.
Bu terror bölməsinin üzvləri qeyri-real ad və şəxsiyyətlərlə MOSSAD-ın işçiləri arasından seçilir.