Türkiyə qırıcıları Suriya ərazisində İŞİD ünsürlərinə hücum ediblər
Avq 30, 2015 19:12 Asia/Baku
-
Türkiyə qırıcıları Suriya ərazisində İŞİD ünsürlərinə hücum ediblər
Türkiyə qırıcıları ilk dəfə olaraq Suriya ərazisində İŞİD qrupunun mövqelərini bombalayıblar.
Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, bu hücumlar avqustun 24-də Türkiyə ilə ABŞ arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.Türkiyənin xarici işlər naziri Firidun Sınırlı oğlu bildirib ki, kürd yarımhərbçilərə, həmçinin İŞİD terrorçularına qarşı hərbi qüvvədən istifadə və onlara qarşı hava hücumları barədə Türkyə parlamentinin hazırkı icazəsinin möhləti oktyabrın ikisində başa çatacaq və bu ölkə dövləti bu qanuni icazənin bir il müddətinə uzadılmasına çalışır.
Onun sözlərinə görə, bu icazənin müddətinin uzadılması prosesi başlanıb və müvafiq sənəd də Türkyə parlamenti sədrinin ofisinə göndərilib. Bu sənəd Türkyənin nazirlər kabineti tərəfindən də imzalanıbdır.
Ankaranın nöqteyi-nəzərindən, Suriya ərazisində İŞİD qrupunun mövqelərinin bombalanması ona görədir ki, bu terror qrupu Türkiyənin milli təhlükəsizliyinə qarşı bir hədə sayılır.
Regiondakı bəzi siyasi və informasiya mənbələrinin nöqteyi-nəzərincə, Türkiyənin milli təhlükəsizliyi nəinki İŞİD və PKK ünsürləri tərəfindən mənfi təsir altına alınıbdır, həm də bu dairələr regionun hazırkı durumu və hadisələrinin gedişini bir növ Türkiyənin mövqeyini hədələyən amil kimi qələmə verirlər.
Bəzi xəbər dairələri bu qənaətdədirlər ki, əgər beynəlxalq siyasətlər Suriya böhranına son qoymağa əsaslanarsa, bu proses daxili və regional siyasətlərindəki uğursuzluqlara görə, Türkiyə prezidentini təcriddə qoyacaqdır. Beləliklə, Türkiyənin regionda və hətta daxildəki mövqeyinin zəifləməsi, üstəgəl rəsmi Ankaranın özünün İŞİD ünsürlərinə dəstək verməkdə suçlanması bu ölkəni daha çətin şəraitdə qoyubdur.
Eyni zamanda Türkiyə qırıcılarının Suriya ərazisində İŞİD-in mövqelərinə qarşı hücumu məsələsi bir növ daxili ixtilafları alovunu daha da şölələndiribdir.
Ərəbcə Skay Nyus(Sky News) telekanalı bir reportajda bildiribdir ki, hələ Türkiyənin İŞİD-in mövqelərinə qarşı hücumda iştirakının hansı məqsədi güdməsi məlum deyil. Zira bəziləri onu daxili problemlər, bəziləri də regional və beynəlxalq vəziyyətlərlə əlaqələndirirlər.