Avq 30, 2015 19:58 Asia/Baku
  • Ərəbistanın Əlxubar şəhərində ölümcül yanğın
    Ərəbistanın Əlxubar şəhərində ölümcül yanğın

Ərəbistanın bu ölkənin Əlxubar şəhərindəki Aramko neft şirkətinin göydələnində baş verən yanğında 230 nəfər ölüb və yaralanıb.

Ələxbariyyə telekanalının məlumatına görə, Aramko neft şirkətinin göydələnində baş verən yanğında 11 nəfər ölüb və 219 nəfər də yaralanıbdır.
Ərəbistan Qırmızı Aypara Cəmiyyəti bildirib ki, yaralılardan on üç nəfərinin vəziyyəti ağırdır.
Ərəbistanın Daxili İşlər Nazirliyi bildirib ki, hadisədə zərər çəkənlər müxtəlif milliyyətlərdəndirlər.
Yanğının baş verdiyi məkan 486 mənzilli bir yaşayış binasıdır
Hələ yanğının səbəbi aydın deyil.
Dünyada ən böyük neft şirkəti olan Ərəbistanın Aramko neft şirkətinin əsas qərargahı Zəhran məntəqəsində yerləşir.

Teqlər