PKK-nın Türkiyənin şərqində raket hücumu
Sen 06, 2015 19:04 Asia/Baku
-
PKK-nın Türkiyənin şərqində raket hücumu
Türkiyə polisinin bir avtomobili Diyarbakir əyalətində PKK-nın raket hücumuna məruz qalıb.
Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyənin təhlükəsizlik mənbələri bildiriblər ki, bazar günü PKK-nın Diyarbəkir əyalətinin Sur məntəqəsində bu ölkənin polis qüvvələrinin bir avtomobilnə qarşı raket hücumunda iki polis ölüb, üç polis də yaralanıbdır.Diyarbəkir əyalətinin yerli rəsmiləri bu hücumdan sonra Sur məntəqəsində komendant saatı tətbiq ediblər.
Həmçinin Türkiyənin təhlükəsizlik mənbələri PKK-nın Tuncəli şəhərinin polis mərkəzinə qarşı hücumunda bir polis məmurunun ölməsi və bir nəfərin də yaralanmasından xəbər veriblər.
Türkiyənin PKK-nın Suriyada və İraqın bəzi hissələrindəki mövqelərini hücuma məruz qoyduğu ötən iki aydan bəri PKK yarımhərbçiləri ilə Türkiyənin təhlükəsizlik qüvvələri arasındakı toqquşmalar şiddətlənibdir.
Deyilənlərə görə, iyul ayından bu yana, Türkiyənin təhlükəsizlik qüvvələrindən azı 70, PKK üzvlərindən isə daha yüzlərlə nəfər öldürülübdür.