Sen 09, 2015 10:18 Asia/Baku
  • Hizbullah Ali-Səud rejiminin Yəməndəki cinayətlərini pisləyib
    Hizbullah Ali-Səud rejiminin Yəməndəki cinayətlərini pisləyib

Livan Hizbullahı Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənin günahsız vətəndaşlarına qarşı dəhşətli cinayətlərini sərt şəkildə pisləyib.

Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Livan Hizbullahı bir bəyanatda səudiyyəli-amerikalı təcavüzkar koalisiyanın Yəmən xalqına qarşı dəhşətli cinayətləri və xəstəxanalar, məktəblər, məscidlər və ictimai rifah mərkəzlərinin dağılması ilə nəticələnən ifrastrukturlara qarşı hücumlarını sərt şəkildə pisləyib.


Livan Hizbullahı Ali-Səud rejiminin bu cinayətlərini yəmənlilərin son hücumlarında Ərəbistan hərbçilərinin zərbə almasından sonra bu rejimin Yəmən xalqı və onun tarixindən intiqam almasının nişanəsi adlandırıb.


Livan Hizbullahı həmçinin BMT və Təhlükəsizlik Şurası kimi beynəlxalq dairələrin bu davamlı cinayətlərə etinasızlığı və onların Yəməndə sivillərin kütləvi şəkildə qətlə yetirilməsi və bu ölkənin viran olması qarşısındakı sükutunu pisləyib.

Teqlər