Tuncəlidə PKK-nın hücumu nəticəsində bir Türkiyə polis əməkdaşı həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197504-tuncəlidə_pkk_nın_hücumu_nəticəsində_bir_türkiyə_polis_əməkdaşı_həlak_olub
Türkiyə xəbər mənbələri ölkənin şərqində Tuncəli şəhərində PKK-nın polislərə hücumunda bir polis məmurunun həlak olduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2015 09:30 Asia/Baku
  • Tuncəlidə PKK-nın hücumu nəticəsində bir Türkiyə polis əməkdaşı həlak olub
    Tuncəlidə PKK-nın hücumu nəticəsində bir Türkiyə polis əməkdaşı həlak olub

Türkiyə xəbər mənbələri ölkənin şərqində Tuncəli şəhərində PKK-nın polislərə hücumunda bir polis məmurunun həlak olduğunu bildiriblər.

Səhər Beynəlxalq Televiziyasının Türkiyənin TRT telekanalına istinadla verdiyi məlumata görə, PKK ünsürləri ötən gecə Tuncəlidə Türkiyə polis işçilərinin dövlət binaları qarşısında poli məmurlarına doğru minaatan və pulemyotlarla hücum ediblər. Nəticədə 3 polis məmuru və bir sivil yaralanıb.


Türkiyə polis məmurlarından biri həkimlərin səyinə baxmayaraq Tuncəli Dövlət Xəstəxanasında həyatını itirib.


Başqa bir məlumata görə, PKK ünsürləri Ağrı vilayətinin Patnos bölgəsinin bir qəsəbəsinin nəzarət binasında polis məmurlarına minaatan və pulemyotlarla atəş açıblar.


PKK ünsürləri polis məmurlarının atəş açması ilə qaçmağa məcbur olublar. Bu hücumda həlak olan və ya yaralanan olmayıb.


Polis qüvvələri bu bölgədə PKK ünsürlərinin həbs olunması üçün geniş əməliyyata başlayıblar.