Sen 10, 2015 15:44 Asia/Baku
  • Türkiyə parlamentinin sədri ölkə xalqını sakitliyə çağırdı
    Türkiyə parlamentinin sədri ölkə xalqını sakitliyə çağırdı

Türkiyənin bəzi şəhərlərində bəzi partiyaların ofislərinə hücum və qarşıdurmanın güclənməsi ardınca, bu ölkə parlamentinin sədri Türkiyə xalqını sakitliyi qorumağa çağırıb.

Səhər Beynəlxalq Televiziyasının Zaman qəzetinə istinadla verdiyi məlumata görə, Türkiyə parlamentinin sədri İsmət Yılmaz çərşənbə günü bir bəyanatda bu ölkə xalqından istəyib ki, təhrikedici hərəkətlər qarşısında soyuqqanlı və sayıq olsunlar.


Yılmaz bu bəyanatda HDP-nin ofislərinə hücumları tənqid edərək xəbərdarlıq edib ki, belə hərəkətlər terrorçuların istədiyi hərəkətlərdir.


Son günlərdə Türkiyənin bir neçə vilayətində millətçilərin HDP-nin ofislərinə çoxlu sayda hücumları olub.


Etirazçılar bu yolla Türkiyə ordusu ilə savaşan PKK-nı dəstəklədiyinə görə HDP-yə nifrətlərini bildiriblər.


PKK ilə Türkiyə təhlükəsizlik qüvvələri arasında qarşıdurma 2 ay öncə Türkiyə ordusunun bu qrupun İraqda və Türkiyənin bəzi ərazisindəki mövqelərinə hücum etməsindən sonra şiddətlənib.

Teqlər