Məscidül-Həram Səudiyyə rejiminin əlindən alınmalıdır
Sen 16, 2015 10:50 Asia/Baku
"Şam ölkələrində islam vəhdəti mütaliyələri" cəmiyyətinin sədri bir bəyanatda Məscidül-Həramın Səudiyyə rejiminin əlindən alınmalı olduğunu bildirib.
Xəbərə əsasən, bir neçə gün öncə Məkkədə baş verən hadisəyə toxunan "Şam ölkələrində islam vəhdəti mütaliyələri" cəmiyyətinin sədri Əbdürrəhman Əzzil bildirib ki: "Bu hadisə Səudiyyə Ərəbistanında yayılan fəsadın nəticəsidir.Onların hadisəni ört-basdır etmək üçün bəhanələri qəbuledilməzdir. Son dönəmdə baş verən hadisələr müsəlmanları iki şərafətli hərəmi Səudiyyə rejiminin əlindən alınması barədə düşündürür. Onların hərəmlərə nəzarət etmək ləyaqətləri yoxdur.
İtaliyada Papanın olduğu Vatikan şəhəri kimi, Məkkə və Mədinə şəhəri də müstəqil olmalı və oraya dövlətin müdaxilə etmək haqqı olmamalıdır. Bu iki şəhər "İslam Əməkdaşlıq Təşkilatı"nın idarəçiliyində olmalı və heç bir ölkəyə bağlı olmamalıdır. Fərqli məzhəblərdən olan alimlər şurası təşkil olunmalı və iki şəhərin işlərinə nəzarət etməlidir. Yalnız bu addımın atılması Səudiyyə rejiminin xəyanətlərinin qarşısını ala bilər."-"Şam ölkələrində islam vəhdəti mütaliyələri" cəmiyyətinin sədrinin bəyanatında belə deyilir.